Neftçala şəhərində ümumi sahəsi 96 m² olan kürsülü birmərtəbəli 4 otaqlı evin dam örtüyünün (qamış və taxta konstruksiyalardan ibarət) konstruksiyaları yanıb.
KONKRET.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
