Neftçaladakı ağır qəzada ölənlərin sayı 4-ə çatdı – 2 AİLƏ MATƏM İÇİNDƏbackend

Neftçaladakı ağır qəzada ölənlərin sayı 4-ə çatdı - 2 AİLƏ MATƏM İÇİNDƏ

Neftçala rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində ölənlərin sayı artıb.
Neftçala-Xolqarabucaq yolunda “Mercedes” və “Lexsus” markalı minik maşınlarının qarşı-qarşıya toqquşması nəticəsində ağır xəsarət alan “Mercedes”in sürücüsü, 35 yaşlı Habil Əbülfət oğlu Həşimov xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, hadisə nəticəsində “Lexsus”un sürücüsü Xanlar Ayaz oğlu Xankişiyev və onun 1962-ci ildə anadan olmuş həyat yoldaşı Mərviyyə Qurban qızı Xankişiyeva, “Mercedes”in sürücüsü, Neftçala rayonunun Xolqarabucaq kənd sakini Habil Əbülfət oğlu Həşimovun bacısı qızı, 2017-ci ildə anadan olmuş Humay Elçin qızı Ələkbərova hadisə yerində dünyalarını dəyişib.
Qəzada xəsarət alan daha 2 nəfər isə Neftçala Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.(Publika.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*