“Neftçi”də Müşahidə Şurasının iclasının vaxtı dəqiqləşdibackend

"Neftçi"də Müşahidə Şurasının iclasının vaxtı dəqiqləşdi

“Neftçi” Peşəkar Futbol Klubunda Müşahidə Şurasının iclasının vaxtı dəqiqləşib.

KONKRET.az xəbər verir ki, toplantı iyunun 8-nə təyin edilib.

Klubun inzibati binasında təşkil olunacaq iclasın gündəliyinə aşağıdakı məsələlər daxildir:

1. Hesabatların dinlənilməsi.

2. A komandanın baş məşqçisi postuna namizədlərin müzakirəsi və təsdiqi.

3. B komandanın baş məşqçisi postuna namizədlərin müzakirəsi və təsdiqi.

4. Növbəti mövsümün büdcəsi.

5. Digər məsələlər.

Qeyd edək ki, Müşahidə Şurasının iclasının başlanma saatı haqqında daha sonra məlumat veriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*