Futbol üzrə Azərbaycan Premyer Liqasında XVII tura yekun vurulub.
KONKRET.az-ın məlumatına görə, turun son oyununda “Neftçi” “Keşlə”ni qəbul edib.
Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Lakin oyundan sonra xoşagəlməz hal da yaşanıb. Belə ki, qonaq komandanın futbolçusu Vüsal İsgəndərli əsəblərinə hakim ola bilməyib.
Yarımmüdafiəçi paltardəyişmə otağına yollanarkən əlindəki butsları hirslə divara çırpıb.
Qeyd edək ki, Füzuli Məmmədovun “Neftçi”nin baş məşqçisi kimi ilk qalibiyyəti, “Keşlə”nin isə qış fasiləsindən sonra ardıcıl ikinci məğlubiyyəti olub.
Bu qələbədən sonra xallarını 30-a çatdıran “Neftçi” 2-ci pillədəki mövqeyini möhkəmləndirib. “Keşlə” isə 26 xalla 3-cü sırada qalıb.
