Nensi Pelosinin olduğu hərbi təyyarə Tayvana tərəf İSTİQAMƏT GÖTÜRÜB – FOTObackend

Nensi Pelosinin olduğu hərbi təyyarə Tayvana tərəf İSTİQAMƏT GÖTÜRÜB - FOTO

Göyərtəsində ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin olduğu ehtimal olunan hərbi təyyarə Tayvana tərəf yönəlib.

KONKRET.az xəbər verir ki, bu barədə Tayvanın Sanli telekanalı məlumat yayıb. Məlumata görə, o, Tayvana yerli vaxtla saat 21:20 (Bakı vaxtı ilə 17.20) radələrində, müxtəlif KİV-lərin əvvəllər bildirdiyi vaxtdan bir saat tez gələcək.

ABŞ Nümayəndələr Palatasının sədrinin nümayəndə heyəti Taybeyedəki Grand Hyatt otelində 48 nömrə bron edib.

Onun sözlərinə görə, nümayəndə heyəti 40 nəfərdən ibarət olacaq. Onlar üçün bütöv bir mərtəbə ayrılıb. Nümayəndə heyəti Xinyi bölgəsindəki bu oteldə bir gecə qalmağı planlaşdırır.

Telekanalın məlumatına görə, oteldə və ətraf ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib.

Çin ABŞ-ın hərəkətlərini pisləyir. Çinin xarici işlər naziri Vanq Yi ABŞ-ı Tayvan boğazında qəsdən insident yaratmağa çalışmaqda ittiham edib.

Bununla yanaşı, Çin hökuməti Nensi Pelosinin Tayvana səfəri fonunda Futszyanda (Tayvanla həmsərhəd) DF-16 ballistik raket buraxılış qurğuları yerləşdirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*