Nensi Pelosinin təyyarəsi Tayvana uçur –  Vikipediyada onu artıq “DƏFN ETDİLƏR” – FOTObackend

Nensi Pelosinin təyyarəsi Tayvana uçur - Vikipediyada onu artıq "DƏFN ETDİLƏR" - FOTO

Nensi Pelosinin təyyarəsi Endryus Hərbi Hava Qüvvələri bazasından havaya qalxıb.

KONKRET.az xəbər verir ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Tayvana səfər etməyi planlaşdırır. Çin ABŞ Nümayəndələr Palatasının sədrinin Tayvana mümkün səfəri ilə bağlı ABŞ rəsmilərinə sərt xəbərdarlıqlar göndərib.

Onlar  ABŞ Nümayəndələr Palatasının spikeri ilə birlikdə təyyarəni vuracaqları ilə hədələyib.

Artıq o, havada ikən Vikipediyada “dəfn edilib”.

Xatırladaq ki, dünən Çin mediası Çin ordusuna ABŞ Nümayəndələr Palatasının spikerinin təyyarəsi Tayvana gedəcəyi təqdirdə onu vurmağı təklif edib.

Bu açıqlamalardan sonra ABŞ-ın Nensi Pelosini qorumaq üçün “Ronald Reyqan” təyyarədaşıyan gəmisinin başçılıq etdiyi zərbə qüvvəsini göndərdiyi məlum olub.

Nensi Pelosinin Tayvana səfəri ilə bağlı Çin Xarici İşlər Nazirliyi yenidən ABŞ hakimiyyətinə ultimatum verib, Onun səfərinə qarşı qətiyyətli addım atacağı ilə hədələyib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*