Nərminin atası Bakıda ev istəmələrindən danışdı: “Jurnalistlərin uydurmasıdır” – VİDEObackend

Nərminin atası Bakıda ev istəmələrindən danışdı : "Jurnalistlərin uydurmasıdır" - VİDEO

Tovuzda yandırılaraq öldürülən 10 yaşlı Nərmin Quliyevanın atası Şərif Quliyev həyat yoldaşının Prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban Əliyevadan Bakı şəhərində ev istəməsi məsələsinə aydınlıq gətirib.

KONKRET.AZ xəbər verir ki, o, bunun jurnalistlərin uydurması olduğunu bildirib.

“Belə bir məsələ yoxdur. Biz heç yerə ev üçün müraciət etməmişik. Bu, bəzi jurnalistlərin uydurub yazdığı xəbərdir”,– deyə Ş.Quliyev bildirib.

Əməkdaşımızın “Gələcəkdə belə bir müraciət etmək fikriniz var?”, – sualına o, belə cavab verib: “Hələ ki belə bir fikrimiz yoxdur”.

Daha sonra o, Bakıda ev olsa belə paytaxta köçmək fikirlərinin olmadığını da bildirib.

Qeyd edək ki, bir neçə gün öncə Nərminin anası Aynurə İsmayılovanın “News24.az” saytına videomüsahibəsində Prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban Əliyevaya Bakıda mənzil üçün müraciət etməsi böyük rezonansa səbəb olub.

Aynurə Quliyeva tərəfindən həmin fikirlərin səsləndirildiyi videomaterialı təqdim edirik:

Ölkə.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*