Netanyahu diplomatiyaya inanmadı və İranla bağlı elə şeylər dedi ki…backend

Netanyahu diplomatiyaya inanmadı və İranla bağlı elə şeylər dedi ki...

İsrailin Baş naziri Benyamin Netanyahu İranın nüvə proqramı ilə bağlı diplomatik həll perspektivlərinə münasibət bildirib.

KONKRET.az xəbər verir ki, Netanyahu İranla aparılan danışıqların uğur qazanacağına skeptik yanaşdığını deyib.

“İranın iş üsullarına son dərəcə skeptik yanaşıram. Onlar həmişə yalan danışır, hiylə işlədir və vaxt udmağa çalışırlar”, – deyə İsrailin baş naziri vurğulayıb.

Bununla belə, Netanyahu Tehranın mövqeyinin tamamilə dəyişməsinin mümkünsüz olmadığını qeyd edib. Onun sözlərinə görə, İrana qarşı kifayət qədər güclü diplomatik və iqtisadi təzyiq göstərilərsə, vəziyyət nəzəri baxımdan dəyişə bilər.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*