Həkimlər İsrailin baş naziri Benyamin Netanyahuya dehidratasiya (bədəndə lazımi qədər su və maye olmaması) diaqnozu qoyub.
KONKRET.az xəbər verir ki,xəstəxanaya yerləşdirildikdən sonra ondan götürülən analizlərin nəticələri normaldır, lakin həkimlərin tövsiyəsi ilə Netanyahu əlavə müayinələrini davam etdirəcək.
“Baş nazir bir neçə saat istidə qalıb və bu gün yüngül başgicəllənmədən şikayəti olub”, – ofisin məlumatında deyilir.
Məlumata görə, Netanyahu evində yıxılaraq başından zədə aldıqdan sonra təcili yardım xəstəxanasına müraciət edib.
