Nigar Fərhaddan yeni xəbər varbackend

Nigar Fərhaddan yeni xəbər var

“AİD Group” adı ilə xaricdə təhsil xidmətləri göstərən Nigar Fərhad zərərçəkənlərə dəymiş ziyanı ödəməyə başlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə Lent.az-a şikayətçilərdən biri məlumat verib.

O bildirib ki, bu günə kimi ümumilikdə 13 nəfərə dəymiş ziyan ödənilib:

“Bizi istintaqa çağırdılar, izahat aldılar və bildirdilər ki, bir ay ərzində dəymiş ziyan bütünlükdə ödəniləcək. Dedikləri kimi də oldu, itirdiyimiz məbləği tam halda qaytardılar”.

Qeyd edək ki, istintaq orqanı Nigar Fərhada vətəndaşlara dəymiş ziyanın ödənilməsi barədə tapşırıq vermişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*