Nigeriyada “Boko Haram”ın 60 üzvü öldürüldübackend

Nigeriyada “Boko Haram”ın 60 üzvü öldürüldü

Nigeriyanın şimal-şərqində “Boko Haram” terror təşkilatına qarşı keçirilən əməliyyatlarda 60 terrorçu zərərsizləşdirilib.

KONKRET.az xəbər verir ki, “Hadin Kai” əməliyyatının komandanı general-mayor Kristofer Musa Borno əyalətində “Boko Haram”a qarşı havadan və qurudan əməliyyatlar aparıldığını bildirib.

Musa, həmçinin120 terrorçunun da ələ keçirildiyini deyib.

Onun sözlərinə görə, 2014-cü ildə terrorçuların məktəbə basqını zamanı girov götürülən üç şagird əməliyyatlar zamanı xilas edilib.

Qeyd edək ki, “Boko Haram”ın təşkil etdiyi terror aktlarında indiyədək 20 mindən çox insan həlak olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*