Nigeriyanın cənub-qərbində yerləşən Müqəddəs Fransisk katolik kilsəsində güclü partlayış olub.
“Report” xəbər verir ki, bu barədə Nigeriyanın “This Day” qəzeti məlumat yayıb.
Partlayış Ondo ştatının Ovo qraflığında kilsə binasının yaxınlığında çoxlu sayda dindarın olduğu vaxt baş verib. Məlumata görə, ölən və yaralananlar var. Yerli “PM News” xəbər portalı ölənlərin sayının 50 nəfər ola biləcəyini yazıb. Rəsmi məlumatlar hələ yoxdur.
Öz növbəsində, regional xəbər portalı “Sahara Reporters” xəbər verib ki, partlayış terrorçular tərəfindən törədilib. Elektron nəşr hadisə yerindən çoxsaylı qurbanları əks etdirən fotoşəkilləri dərc edir.
