Nigeriyanın Edo əyalətindəki məbəddə 20 mumiyalanmış cəsəd tapılıb.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Edo əyalət polisinin ictimaiyyətlə əlaqələr üzrə direktor müavini Cennifer İveqbu verdiyi açıqlamada polisin Benin şəhərindəki məbədə basqın etdiyini bildirib.
O qeyd edib ki, basqın zamanı 3-ü qadın və 2-si uşaq olmaqla 20 nəfərin mumiyalanmış cəsədi tapılıb.
Hadisə ilə əlaqədar 3 nəfər tutulub.
Qeyd edək ki, Nigeriyada sehr yolu ilə varlanmaq arzusunda olanlar, sehrbazların ritualda istifadə edəcəyi qanı əldə etmək üçün qətl törədirlər.
İqbal Rzayev,
KONKRET.az
