Nigeriyada yanacaq tankerinin qəzaya uğraması 181 nəfərin həyatına son qoyubbackend

Nigeriyada yanacaq tankerinin qəzaya uğraması 181 nəfərin həyatına son qoyub

Nigeriyanın şimalındakı Ciqava əyalətində yanacaq daşıyan tankerin partlaması nəticəsində ölənlərin sayı 181 nəfərə çatıb.

KONKRET.az  xəbər verir ki, bu barədə Ciqava əyalətinin qubernatoru Ömər Namadi prezident Bola Əhməd Tinubu ilə görüşdən sonra jurnalistlərə bildirib.

Namadi partlayışda yaralanan 80 nəfərin hələ də xəstəxanada olduğunu deyib. Hadisə Majia rayonundakı Kano-Hadeja magistralında sürət həddinin aşılması  səbəbindən baş verib.  Yerli sakinlər aşan avtomobildən yanacaq boşaltmağa çalışarkən güclü partlayışdan sonra həlak olublar.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*