“Nikol demək istədiklərini unutmamaq üçün konspekt tutmuşdu” – Kolesnikovbackend

“Nikol demək istədiklərini unutmamaq üçün konspekt tutmuşdu” - Kolesnikov

“Bu gün Yerevanda ona qarşı edilən nəhəng təzyiqi nəzərə alsaq, bu danışıqlar Nikol Paşinyan üçün asan olmadı”.

KONKRET.az xəbər verir ki, bu sözləri 11 yanvar Zirvə görüşünü dəyərləndirən “Kommersant” qəzetinin xüsusi müxbiri Andrey Kolesnikov deyib. O, Ermənistan baş nazirinin çətin emosional və psixoloji vəziyyətini belə təsvir edir: “Oturan kimi Paşinyanın sumkasını gətirdilər. Rusiya prezidentinin salamlama nitqindən dərhal sonra qonşu otağa, bağlı qapılar arxasına keçəcəklərini bilən Paşinyan çox həyacanlı idi. Deyəcəklərini unutmamaq üçün konspekt tutduğui aydın görünürdü. İlham Əliyevin heç bir kağıza ehtiyacı yox idi. Hər zamankı kimi özünə və deyəcəyi sözlərə çox arxayın idi. Həqiqətən Dağlıq Qarabağı fatehi kimi əyləşmişdi. Və bundan sonra deyiləcək heç bir şey onun üçün qələbədən daha əhəmiyyətli ola bilməzdi”.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*