“Nikol Ermənistanın gələcəyi üçün Putinin təkliflərilə razılaşmalıdır” –  Qasparyanbackend

"Nikol Ermənistanın gələcəyi üçün Putinin təkliflərilə razılaşmalıdır" -  Qasparyan

“Danışıqlarda Ermənistanın Baş naziri Nikol Paşinyan üçün ilk növbədə Vladimir Putinin təşəbbüslərini izləməkdir.O, Putinin dediklərini dinləməlidir və bunu tərəddüdsüz icra etməlidir. Fakt budur ki, Paşinyanın özündə indi baş verənləri anlaması üçün böyük problemlər var”.

KONKRET.az xəbər verir ki, bu fikirləri Moskvada baş tutacaq üçtərəfli görüşü şərh edərkən “Vesti.FM” radiosunun aparıcısı, yazıçı Armen Qasparyan söyləyib. O əlavə edib ki, “Qarabağ müharibəsini təhlil etmək cəhdi ilə Paşinyanın yazdığı son məqaləsi göstərdi ki, Nikol o qədər də yaxşı deyil. Bizim reallığımızda yaşamır. Buna görə də Ermənistanın baş naziri üçün ən yaxşı taktika Moskvanın təklif etdiyi şeyi etmək olardı. O zaman Ermənistanda vəziyyət nisbətən yaxşı olacaq. Əks təqdirdə Ermənistandakı fəlakət davam edəcək”.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*