“Nikol heç olmasa indi getsə, erməni xalqının uçurumun dibinə tam düşməmək şansı olacaq”.
KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə “Respublika” Partiyasının sədr müavini Armen Aşotyan deyib.
“İndi Ermənistanın hakim rejimi bir sıra proseslərə başlayıb. Sonda ölkəni o həddə çatdıracaqlar ki, hətta “nə olacaq” sualı da mənasızlaşacaq”.
“Gördüyümüz kimi, məğlubiyyətə uğrayan rəhbərliyin artıq bütün qırmızı xətləri keçdiyi və Ermənistanın maraqları bahasına yeni güzəştlərə getməyə hazır olduğu açıq-aşkar ortadadır. Bütün bunlar həm siyasi, həm də tarixi baxımdan ölkənin bu gününə, keçmişinə və gələcəyinə təsir edir” – Aşotyan bildirib.
![]()
“Ən dərin uçurumun belə dibi var. Biz hələ tam dibə çatmamışıq. Hər şey daha da pis olacaq. Ona görə də “Nikol heç olmasa indi getsə, nə olacaq” sualının bir mümkün cavabı var: erməni xalqının şansı olacaq. Uçurumun dibinə tam yuvarlanmamaq şansı”, – deyə Armen Aşotyan fikirlərini tamamlayıb.
Müşviq Tofiqoğlu,
KONKRET.az
