Ermənistanın baş naziri Nikol Paşinyan müxalifətlə müəyyən şərtlər daxilində dialoqa başlamağa hazır olduğunu bildirib.
KONKRET.az xəbər verir ki, bu barədə Paşinyan 9 dekabrda parlamentdəki hökumət saatı zamanı müstəqil millət vəkili Arman Babajanyanın sualını cavablandırarkən bildirib.
Onun sözlərinə görə, mövcud hökumətin dialoqdan imtina etməsi halları olmayıb. Ancaq dialoq, müəyyən qüvvələrin təzyiqi altında xalqın mənafelərini qorumaq adı ilə keçirilməməlidir.
“Vurğulamaq istərdim ki, bu ölkədə hər kəs öz fikrini bildirmək və istefamı tələb etmək hüququna malikdir. Ancaq gücün formalaşmasında xalq haqq sahibidir. Bəli, biz dialoq aparmağa hazırıq, amma bir şərtlə ki, xalq tərəfindən seçilən hökumətin bu addımı təzyiq və təhdidlərin təsiri altında olmasın. Təhdid və təzyiqlərin təsiri altında heç bir söhbət olmayacaq. Bizi qorxutmaq mümkün deyil. Heç kimə bunu sınamağı məsləhət görmürəm”-deyə Paşinyan fikrini tamamlayıb.
KONKRET.az.
