Nikolay Storikov: “Qorxacaq bir şey yoxdur. Vaşinqton, Brüssel və Kiyevlə münasibətlər aydındır”backend

Nikolay Storikov: "Qorxacaq bir şey yoxdur. Vaşinqton, Brüssel və Kiyevlə münasibətlər aydındır"

“8 avqust 2008 – ci il. Təcavüzkarı sülhə məcbur etmək əməliyyatı. Gürcüstan ordusunun məğlubiyyəti. Rusiya tərəfindən Cənubi Osetiya və Abxaziyanın müstəqilliyinin tanınması”.

KONKRET.az xəbər verir ki, bu sözləri tanınmış bloger Nikolay Storikov bildirib.

O vurğulayıb ki, Rusiya Gürcüstanda keçirdiyi hərbi əməliyyatların nəticəsində heç bir sanksiya ilə üzləşməyib.

Amma 2014-cü ildə vəziyyət başqa cür olub:

“2014-cü il. Heç bir genişmiqyaslı hərbi əməliyyat yox idi. Rusiya DXR və LXR -nin müstəqilliyi tanımadı.

Amma Rusiyaya qarşı sanksiyalar tətbiq edildi. Sülh danışıqları iflasa uğradı. Minsk razılaşmaları çökdü.

Nəticələr göz qabağındadır. Bütün bunları təhlil etməyin vaxtıdır. Və ilk addım olaraq xalq respublikalarını tanımağın vaxtıdır.

Qorxacaq bir şey yoxdur – Vaşinqton, Brüssel və Kiyevlə münasibətlər aydındır. Bunu gərginləşdirmək və pisləşdirmək üçün təkcə Rusiya və Krımın birləşməsi kifayət idi.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*