Nişan mərasimi keçirmək istəyən şəxslər cərimələndi – FOTObackend

Nişan mərasimi keçirmək istəyən şəxslər cərimələndi - FOTO

Qaradağ rayonunda karantin qaydalarını pozaraq nişan mərasimi etmək istəyən şəxslər cərimələniblər.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən KONKRET.az-a verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsinin (RPİ) 38-ci Polis Bölməsi (PB) əməkdaşları tərəfindən rayonun Korgöz qəsəbəsində karantin qaydalarını pozaraq nişan mərasimi keçirilməsinin qarşısı alınıb.

Mərasimin təşkilatçısı, Abşeron rayon sakini Elşən Verdiyev və nişan zamanı orada olan 15 nəfər barəsində inzibati protokol tərtib olunub. Onların hər biri 200 manat cərimə ediliblər.

undefined

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*