Norveç kralı xəstəxanaya yerləşdirildibackend

Norveç kralı xəstəxanaya yerləşdirildi

Norveç kralı V Harald bu gün səhər ambulansla xəstəxanaya çatdırılıb.

KONKRET.az xəbər verir ki, məlumatı Krallıq Məhkəməsi də təsdiqləyib.

Bildirilib ki, 83 yaşlı dövlət başçısında başgicəllənmə müşahidə olunub: “Onda ciddi bir xəstəlik aşkarlanmayıb. Kralın həftəsonunadək xəstəxanadan buraxılacağı gözlənilir. Əlahəzrət iki həftəlik müddətə səlahiyyətlərini dayandırır. Bu müddət ərzində onun səlahiyyətlərini vəliəhd şahzadə Haakon yerinə yetirəcək”.

Baş nazir Erna Solberq də kralın tezliklə sağalmasını diləyib.

Qeyd edək ki, ötən ilin dekabr ayında kral Harald xəstəxanaya yerləşdirilmiş, yanvarın 15-də isə evə buraxılmışdı.virtualaz.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*