Milli Məclisin növbədənkənar sessiyasının ilk plenar iclası keçirilir.
KONKRET.az yenisabah-a istinadən xəbər verir ki, cari iclasın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. “Diplomatik xidmət haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş).
2. “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunda dəyişiklik edilməsi barədə” 2025-ci il 7 mart tarixli 150-VIIQD nömrəli qanunun icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklik edilməsi haqqında qanun layihəsi.
3. “Dövlət qulluğu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).
4. Cinayət-Prosessual Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində və “İcra haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).
5. Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş).
6. Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş).
7. “Yaşıllıqların mühafizəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş).
8. İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş).
