Novxanı-Binəqədi yolunda 4 maşın toqquşdu –  Xəsarət alanlar varbackend

Novxanı-Binəqədi yolunda 4 maşın toqquşdu - Xəsarət alanlar var

Novxanı-Binəqədi yolunda ağır qəza olub.

KONKRET.az-ın məlumatına görə, qəza Novxanı-Binəqədi avtomobil yolunun 7-ci kilometrliyində baş verib.

Belə ki, hərəkətdə olan 2 “Mercedes” markalı, “Tofaş” və “Toyota” markalı avtomobillərinin iştirakı ilə zəncirvari qəza qeydə alınıb.

Qəza nəticəsində minik avtomobillərinə ciddi ziyan dəyib və 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Bir müddət yolda tıxac yaranıb.

Əraziyə yol polisinin əməkdaşları cəlb olunub və yolda nəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.

Faktla bağlı araşdırma aparılır./apa

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*