Xaçmazda dənizdə batan iki gəncin meyiti tapıldı – YENİLƏNİBbackend

Xaçmazda dənizdə batan iki gəncin meyiti tapıldı - YENİLƏNİB

Xaçmaz rayonu, Niyazoba kəndində, dənizdə (nəzarətsiz ərazi) batan Quba rayon sakini, 1996-cı il təvəllüdlü Eşqin və 2004-cü il təvəllüdlü Məhəmməd adlı şəxsin cəsədi tapılıb.

KONKRET.az xəbər verir ki, gənclərin meyitləri Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən dənizdən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

21:25

Novxanıda iki nəfər dənizdə batıb.

KONKRET.az APA-ya istinadən xəbər verir ki, batan şəxslərin meyiti sudan çıxarılıb.

Onlar 2001-ci il təvəllüdlü Nigar Qasımova və 1999-cu il təvəllüdlü Əliağa Məmmədovdur.

19:59

Xəzər dənizində daha iki nəfər batıb.

Bu barədə KONKRET.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Xaçmaz rayonu, Niyazoba kəndində, dənizdə (nəzarətsiz ərazi) 2 nəfərin batması barədə məlumat daxil olub. Hadisə yerinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

19:28

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Abşeron rayonu, Novxanı kəndində, dənizdə (nəzarətsiz ərazi) 2 nəfərin batması barədə məlumat daxil olub.

KONKRET.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, hadisə yerinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

Əlavə məlumat veriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*