Nuri Alço ilə Ahu Tuğbanın qızı arasında mübahisə böyüyür: “Çox qəzəbliyəm”backend

Nuri Alço ilə Ahu Tuğbanın qızı arasında mübahisə böyüyür: "Çox qəzəbliyəm"

Ahu Tuğbanın ölümündən sonra açıqlama verən Nuri Alço “Yeşilçam”ın məşhur aktrisası Ahu Tuğbanın qızı Anjelikin ittihamlarına tuş gəlib. Nuri Alçonun Anjelikin sözlərini təkzib etməsindən sonra mübahisə yenidən qızışıb. Nuri Alçoya əsəbiləşən Anjelik “Anam yaşasaydı, çox üzüləcəkdi” deyib.

KONKRET.az xəbər verir ki, yaxın rəfiqəsi Ahu Tuğbanın ölümü ilə bağlı məlumat paylaşan Nuri Alçoya Ahu Tuğbanın qızı Anjelik “Özünü anamın dostu kimi təqdim edib qazanc əldə etməyə çalışanlar var” deyib. O, Anjelikin sözünün üstündə durduğunu və yenidən Nuri Alçonu günahlandırdığını deyərək xəbəri təkzib edib.

“Günaydın”a açıqlama verən Ahu Tuğbanın qızı Anjelik Nuri Alçonun həqiqəti demədiyini ifadə edib.

Ahu Tuğbanın cənazəsinin maddi səbəblərdən Türkiyəyə gələ bilmədiyi iddialarını da təkzib edən Nuri Alço “Yeşilçam” oyunçusunun bankındakı pul məbləğini də bölüşüb. Ahu Tuğbanın qızı Anjelik Nuri Alçonun anasının mal varlıqlarını açıqlamasına əsəbiləşdiyini vurğulayıb. Nuri Alçonun sözlərini təkzib edən Anjelik deyib ki, bir qəzetə verdiyiniz müsahibədə “Pulu yoxdur, Türkiyəyə gəlməsinə kömək ediblər” ifadələrini işlədilib: “Bu tamamilə yalandır. Ahunun buradakı daşınmaz əmlakını bilirəm. Onun ABŞ-da bankda cəmi 27 min dolları var. Buyurun, bu ifadəni təkzib edin. Ölən şəxsin bank hesabı kimi məxfi məlumatları ictimaiyyətlə necə paylaşa bilərsiniz?”.

Ahu Tuğbanın qızı Anjelik verdiyi müsahibədə Nuri Alçonun anası ilə dost olmadığını deyib.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*