NYT: “Krımdakı partlayışları elit Ukrayna bölməsi törədib”backend

NYT: "Krımdakı partlayışları elit Ukrayna bölməsi törədib"

“Cankoy yaxınlığındakı hərbi anbarda partlayışları elit Ukrayna bölməsi törədib”.

KONKRET.az xəbər verir ki, bu məlumatı “The New York Times” Ukrayna Müdafiə Nazirliyinin yüksək rütbəli məmuruna istinadən paylaşıb.

Çərşənbə axşamı, avqustun 16-da müvəqqəti işğal olunmuş Krım ərazisində Cankoy yaxınlığındakı texnika və sursat anbarında güclü partlayışlar baş verib. Onları elit hərbi Ukrayna birliyinin təşkil etdiyi bildirilib.

Alınan məlumata görə, Ukrayna döyüşçüləri düşmən xəttinin arxasında əməliyyat keçirib. Lakin əməliyyatın təfərrüatları və bölmənin adı açıqlanmayıb.

Ukrayna tərəfi partlayışlarda əli olduğunu təsdiqləməyib. Bununla belə, rəsmilər hərbi anbarın dağıdılmasının təsadüfi hadisə olmadığına eyham vurublar.

Ukrayna Prezidenti Aparatının rəhbəri Andriy Yermak Telegram-da Krımın və dövlətin digər işğal olunmuş ərazilərinin işğaldan tam azad olunana qədər demilitarizasiyanın davam etdirilməsi barədə yazıb. UPO rəhbərinin müşaviri Mixail Podolyak isə bildirib ki, yarımada normal dövlətin bir hissəsi kimi istirahət, dağlar və turizm bölgəsidir.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*