O da ATV-dən getdi – FOTObackend

O da ATV-dən getdi - FOTO

ATV-nin “Xəbərlər” Departamentinin daha bir jurnalisti telekanaldakı fəaliyyətinə son verib.

KONKRET.az xəbər verir ki, müxbir Səbuhi Turan 8 il çalışdığı “ATV Xəbər”dən ayrıldığını açıqlayıb.

O, fəaliyyətini SOCAR-ın Təhlükəsizlik İdarəsində rəis müşaviri kimi davam etdirəcəyini bildirib:

“Dostlar, 8 il çalışdığım ATV kanalından ayrıldım. Bir çox uğurlara imza atdığımız ATV Xəbər kollektivi hər zaman mənim üçün doğma olacaq. Ən bacarıqlı tele-jurnalistlər ilə bir yerdə çalışdığım üçün qürur duyuram. Bundan sonra SOCAR-ın Təhlükəsizlik İdarəsində rəisin müşaviri olaraq yenə də mediadakı dostlar ilə sıx əməkdaşlıq edəcəyik. Hər birinizə uğurlar!”.

Yenisabah.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*