
Oktyabr ayının dördüncü bazar günü Beynəlxalq Qayınana Günü hər il qeyd olunur. KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosu Tacikistanda qayınana-gəlin münasibətlərindən bəhs edən məqaləni təqdim edir.
Qeyd edək ki, dünyada ən çox lətifə məhz qayınana haqqında söylənilir. Qayınana haqqında zarafatlar yaxşılıqla fərqlənmir. Bir qayda olaraq, onlar qara yumordandırlar.
Tacikistanda bu lətifələrin qayınana və kürəkən arasındakı münasibətlərə necə uyğun olmadığını göstərmək üçün yerli qayınananın xüsusiyyətləri haqqında danışmağa qərar verdik. Ölkənin əksər ailələrində vəziyyət belədir.
Beləliklə, Tacikistan qayınanası ilə digər ölkələrdə lətifələr qəhrəmanına çevrilən qayınana arasındakı fərq nədir?
Kürəkəni ilə həmişə “Siz” deyə müraciət edilir
Tacikistanda demək olar ki, bütün ailələrdə bir-birinə müraciət etmək üçün yalnız “siz”dən istifadə olunur. Üstəlik, bəzi bölgələrdə ailənin ən kiçiyinə də “siz” deyə müraciət edilir. Kürəkən də bu siyahıda istisna deyil. Domod (yəni kürəkən) qayınananın evində ən dəyərli qonaqdır. Ziyarətə gələn kürəkənin qarşısına evdəki ən dadlı şeylərin hamısı qoyulur. Gəlişinin şərəfinə, dərhal plov bişirməyə başlayırlar.
Kürəkəndən narazılıq ola bilməz
Tacik qayınanası demək olar ki, heç vaxt kürəkəninin dalınca danışmır. Hətta kürəkən ailəsini təmin etmək üçün kifayət qədər pul qazana bilməsə də, qayınanası tərəfindən tənqid eşitmək ehtimalı azdır. Tez-tez olur ki, qayınana hətta qızını və ya nəvələrini təhqir etdikdə və ya döyəndə də kürəkənə susur.
Evli qız valideynlərinin evinə qayıtmağa çalışdıqda isə məhz anası təkid edir ki, qız birlikdə yaşaması tamamilə dözülməz hala gələn evə qayıtsın.
Bəy anası gəlin anasından daha vacibdir
Gənclərin toyuna hazırlaşarkən gəlin anasının sözü, ümumiyyətlə, nəzərə alınmır. Burada parada oğlan anası komandanlıq edir: toy harada keçiriləcək, neçə qonaq dəvət ediləcək, restoranda gəlin tərəfindən qonaqlar üçün veriləcək yerlər və s.
Yeni evlənənlərin sonrakı ailə həyatında da qız anası praktiki olaraq səs hüququndan məhrumdur. Evli qadın öz valideynlərinə yalnız ərinin və ya onun anasının icazəsi ilə baş çəkə bilər.
Ana qızını və kürəkənini ziyarət etmək üçün əvvəlcədən xəbərdarlıq etməlidir və yalnız razılıq almaqla gələ bilər.
Qız anasının şəxsində “çağırılmamış qonaq” xoş qarşılanmır: əlbəttə, qapıdan qovmazlar, ancaq sonra bunu qızınınü zünə vuracaqlar. Düzdür, 5-10 illik ailə həyatınından sonra qudalar arasında münasibətlər daha dözümlü olur və qız anası hüquqlarında demək olar ki, oğlan anasına bərabər tutulur.
İlk doğulan uşaq üçün cehiz qayınananın işidir
Gənc ana ilk uşağının doğulmasından sonra 40 günü anasının evində keçirir. İlk doğulan uşaq üçün bütün cehizləri arvadın valideynləri – qayınatası və qayınanası almalıdır. Prinsipcə, bu ənənə özünü doğruldub: anadan gənc qadına yeni doğulmuş uşağa necə qulluq etməyi anadan başqa kim yaxşı öyrədə bilər?
Bəzi ənənəvi ailələrdə xəstələnmiş gəlin anasına göndərilir və bu zaman bütün qayğı və müalicə xərcləri də qayınanasının çiyninə düşür: kürəkənə sağlam qadın “qaytarılır”.
