Ödəmə terminalının pul qutusu oğurlandıbackend

Ödəmə terminalının pul qutusu oğurlandı

İmişlidə ödəmə terminalının pul qutusu oğurlanıb.

Bu barədə KONKRET.az-a DİN-in Mətbuat xidmətindən bildirilib.

Belə ki, DİN-in Baş Cinayət Axtarışı İdarəsi və İmişli Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində rayonun Qızılkənd kəndi ərazisindəki mağazaların birindən 70 manat pul, 2575 manat dəyərində tütün məmulatı və orada quraşdırılan ödəmə terminalından içərisində 9200 manat olan pul qutusunu oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş Turan Rzayev və Bakı şəhər sakini Eyyub Məmmədov saxlanılıblar.

Fakt üzrə araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*