Oğrular dəniz dibinə üz tutdular: sualtı rəsədxana yoxa çıxıbbackend

Oğrular dəniz dibinə üz tutdular: sualtı rəsədxana yoxa çıxıb

Baltik dənizinin dibində yerləşən sualtı rəsədxana yoxa çıxıb.

Bu barədə Almaniyanın Helmots adına GEOMAR Okean tədqiqatları mərkəzinin saytında məlumat yerləşdirilib.

Qeyd edilir ki, avqustun 21-dən etibarən rəsədxanadan siqnallar daxil olmur.

Konkret.az Oxu.az-a istinadən bildirir ki, məsələyə aydınlıq gətirmək üçün rəsədxanaya dayverlər göndərilib. Lakin onlar stansiyanın əvəzinə təkcə məlumatları ötürən kəsilmiş kabeli aşkar ediblər.

Elmi məlumatların toplanılmasına xidmət edən bu rəsədxana Almaniyanın qayıq və balıqçı gəmilərinə qadağa edilmiş şimal sahilində yerləşirdi.

Qurğu çox ağır olduğu üçün polis onun qasırğa, sualtı axın, yaxud da dəniz heyvanları səbəbindən yoxa çıxdığını düşünmür. Hüquq-mühafizə nümayəndələrinin fikrincə, stansiya oğurlanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*