Oğuzda 3 avtomobil toqquşdu – Xəsarət alanlar varbackend

Oğuzda 3 avtomobil toqquşdu - Xəsarət alanlar var

Oğuz rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az-ın məlumatına görə, hadisə bu gün axşam saatlarında İsmayıllı-Qaraməryəm-Şəki avtomobil yolunun rayonun Bayan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Mercedes Vito” markalı mikroavtobusla “Toyota Prius” və “Opel” markalı minik avtomobilləri toqquşub.

Qəza zamanı 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır. /Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*