“Oksigen maskasını özü çıxarıb” – Yaşar Nurinin ölümü ilə bağlı ŞOK İDDİA – VİDEObackend

“Oksigen maskasını özü çıxarıb” - Yaşar Nurinin ölümü ilə bağlı ŞOK İDDİA - VİDEO

“Atam ölümündən əvvəlki bir neçə ildə çox narahat oldu. Çünki onun qızı haqsızlıqlarla üzləşdi. Yaşar müəllim çox insana əl tutub, dəstək olub. Amma heç kim demədi ki, “Ülkər nəyə ehtiyacın var?” Heç kimə ehtiyacım yoxdur. Əgər belə olmasaydı, atam rəhmətə gedəndən sonra efirlərə çıxıb, ağlayıb, “Bizə kömək edin, Yaşar Nurinin ailəsinə dəstək olun!” deyərdim. Vəzifəli şəxslərin qapısına gedib, “Xahiş edirəm, bizə kömək edin” söyləyərdim”.

KONKRET.az xəbər verir ki, bu sözləri mərhum Xalq artisti Yaşar Nurinin müğənni qızı Ülkər Nuriyeva ATV telekanalında yayımlanan “Şou ATV” səhər şousunda deyib.

Ülkər sənət adamlarının ona dəstək çıxmadığından gileylənib:

“Deyirlər ki, “Ülkər, sən çox sərt danışırsan”. Cavab olaraq deyirəm ki, “Sərt danışmıram, sadəcə istəyirəm ki, içimdəkiləri xalq bilsin. Niyə görə mən rola girib, artistlik etməliyəm? Doğrunu qoyub, yalanı danışmalıyam? “Biz yaxşı yaşayırıq, əla dolanırıq, villalarımız var” kimi olmayan şeyləri dilə gətirməliyəm? Axı bu belə deyil. Heç zaman ağlamamışam, ağlamayacağam da. Atam 40 il incəsənətə və mədəniyyətə xidmət edib. Hər zaman istəmişəm ki, bizim ailəmiz diqqət mərkəzində olsun. Ən azından zəng vurub, bizimlə maraqlansınlar.

“Atası üçün göz yaşı axıdır, lap şitini çıxarır” kimi sözləri eşidəndə çox pis olmuşdum. Ağlamaq o deyil ki, üsyan edirəm. Xeyr, ona çox ehtiyacım var. Kaş əlil arabasında olardı, quru nəfəsi gedib-gələrdi, amma yaşayardı. Bu, bəsimiz idi. Atam xəstəliyindən, acizliyindən çox utanırdı. İstəmirdi ki, ona kiminsə yazığı gəlsin, ürəyi ağrısın. Pozitiv bir insan idi”.

Ü.Nuriyeva atasının ölümü ilə bağlı ilginc iddialar səsləndirib:

“Atam öləndə xəbərimiz olmadı. O, tənəffüs aparatı ilə yaşayırdı və qəfil dünyasını dəyişdi. Hərdən düşünürəm ki, bəlkə də bezib və yorulduğundan oksigen maskasını özü çıxarıb. Özümə söz vermişəm ki, atam qədər məşhur bir sənətkar, Xalq artisti olmasam da, ən azından onun adını, sənətinin cuzi hissəsini yaşadacağam”.

Ü.Nuriyeva kiçik musiqili ansambl yaradaraq, el məclislərində iştirak etdiyini, lakin bir çox müğənnilər kimi “qaz vurub, qazan doldurmadığını” da söyləyib:

“Restoranlarda çıxış edirəm. Məclislərə gedirəm. “Yaşar band” adlı musiqi qrupunu yaratmışam. Evə çörək pulu apara bilirəm. Böyük işlər görməyə maddi vəziyyətim yetərli deyil. Çox əziyyətlərə qatlaşıram. Sadəcə, istəmirəm ki, efirdə hər şeyi açıqlayım.

Yaşar müəllim hər zaman deyirdi ki, “Qızım qürurlu ol! Hər zaman başın uca olsun! Heç zaman o tacını yerə qoyma! Qoy hamı səni belə görsün”. Mən də çalışdığım qədər elə edirəm. Hamı da elə fikirləşir ki, hər şey yaxşıdır. Amma əslində, elə deyil”./oxu.az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*