Öldürülən jurnalistin dəfn mərasimində TOQQUŞMA – Cənazəni götürmək istədilər – FOTO/VİDEObackend

Öldürülən jurnalistin dəfn mərasimində TOQQUŞMA - Cənazəni götürmək istədilər - FOTO/VİDEO

İsraildə polis jurnalistin cəsədi olan tabutu götürməyə çalışıb.

KONKRET.az xəbər verir ki, “Əl-Cəzirə” müxbirinin dəfn mərasimi zamanı cənazə mərasimi mitinqə çevrilib. İsrail polisi mərasimə müdaxilə edib və tabutu daşıyan insanlara xəsarət yetirib. Yaralılar xəstəxanaya aparılıb.
⠀
Sonradan yarımçıq qalmış dəfn mərasiminə icazə verilib və insanlar qəbiristanlığa buraxılıblar. Dəfn mərasiminə yalnız mərhumun qohumlarına icazə verilib.

Xatırladaq ki, mayın 11-də “Əl-Cəzirə” telekanalının müxbiri Şirin Əbu Akile İordan çayının qərb sahilindəki Cenin düşərgəsində İsrail əsgərləri tərəfindən öldürülüb.

 

 

Xuraman Etibarlı,

KONKRET.az

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*