Ölən erməni əsgərlərinin valideynləri üsyan etdi – VİDEObackend

Ölən erməni əsgərlərinin valideynləri üsyan etdi - VİDEO

İyunun 20-də qeyri-döyüş şəraitində həlak olan erməni hərbçilərin valideynləri oğullarının qətli ilə bağlı işlərin açılması tələbi ilə hökumət binası qarşısında etiraz aksiyası keçiriblər.

KONKRET.az yerli mediaya istinadən xəbər verir ki, yüksək texnoloji sənaye naziri Mxitar Ayrapetyan valideynlərlə görüşüb.

Hərbçinin anası Valeriya Muradyan nazirə bildirib ki, baş prokuror Anna Vardapetyan onlara yalan danışıb.

“Baş nazir Nikol Paşinyan oğullarımızın işləri ilə bağlı komissiya yaratdı. Vardapetyan da qrupda olub.

O, baş prokuror təyin olunanda bunların qətllər olduğunu deyib. O bizə söz verdi ki, rəsmi versiyaların heç biri reallığa uyğun gəlmir, işlərin mütləq şəkildə yenidən təsnif ediləcəyini və maddələrin dəyişdiriləcəyini bizə əmin edib. Lakin o, heç nə etmədi, vədinə xılaf çıxdı.

Övladlarımızın günahkarları cəzalandırılmayana qədər sakitləşməyəcəyik”.

Valideynlərin tələblərini dinləyən nazir bu məsələni Paşinyan qarşısında qaldıracağına söz verib.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*