Ölən erməni hərbçinin valideyni Paşinyanı TƏHQİR ETDİbackend

Ölən erməni hərbçinin valideyni Paşinyanı TƏHQİR ETDİ

İrəvanda yenə etiraz aksiyası keçirilib, etirazçılar Paşinyanla görüş tələbi ilə yolu bağlayıblar.

KONKRET.az xəbər verir ki, bu gün yanvarın 19-da Azat kəndindəki kazarmada baş vermiş yanğında ölən erməni hərbçilərin valideynləri hökumət binası yaxınlığında aksiya keçiriblər.

Onlar Nikol Paşinyan və Suren Papikyanla görüş tələb ediblər.

Həlak olanların valideynləri qeyd ediblər ki, baş nazirə və müdafiə nazirinə çoxlu sualları var. Etirazçılar 15 əsgərin ölümünə səbəb yanğının hərbi qulluqçuların səhlənkarlığı ucbatından baş verməsi versiyana inanmırlar. Onlar oğullarının yanğından əvvəl öldürüldüyünü düşünürlər.

Valideynlərdən biri hər şeydə Paşinyanı günahlandıraraq deyib:

“Mən bu heyvana (Paşinyan nəzərdə tutulur – red.) necə iki dəfə səs vermişəm?”.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*