Olimpiadaya hazırlıq çərçivəsində Fransada yerli hakimiyyət orqanları hər həftə 50-150 nəfəri paytaxtdan ölkənin digər bölgələrinə göndərir.
KONKRET.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
“Səlahiyyətlilər miqrantları avtobuslara mindirərək Marsel və ya Bordoya yola salır. Paytaxtda qalmaq istəyənlər uzunmüddətli əmək müqaviləsi bağladığını göstərməlidirlər”, – deyə məqalədə qeyd olunur.
Səlahiyyətlilər insanlara daimi mənzil vəd etsə də, əyalət administrasiyaları yeni gələnlərə heç bir zəmanət verilmədiyini bildirib.
Burhan,
KONKRET.az
