Ölkədə COVID-19 əleyhinə peyvənd olunanların sayı AÇIQLANDI – FOTObackend

Ölkədə COVID-19 əleyhinə peyvənd olunanların sayı AÇIQLANDI - FOTO

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 106 vaksin vurulub.

KONKRET.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 31, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 20, üç və daha çox doza vaksin vurduranların sayı 46, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 9 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 967 792, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 412 698, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 884 155, üç və daha çox doza vaksin vurduranların sayı 3 404 607, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 332 təşkil edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*