Ombudsmandan Ermənistan terroru ilə bağlı beynəlxalq təşkilatlara MÜRACİƏTbackend

Ombudsmandan Ermənistan terroru ilə bağlı beynəlxalq təşkilatlara MÜRACİƏT

3 avqust 2022-ci il tarixində Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri 10 noyabr 2020-ci il tarixli Bəyanatın müddəalarını kobud surətdə pozaraq Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat əməli törədib. Nəticədə Azərbaycan əsgəri Kazımov Anar Rüstəm oğlu şəhid olub.

KONKRET.az xəbər verir ki, bu barədə Azərbaycan Ombudsmanı müraciət ünvanlayıb.Bildirilir ki, bununla yanaşı, qeyri-qanuni erməni silahlı dəstələri Kəlbəcər və Laçın rayonlarının ərazisini əhatə edən dağ silsiləsində yerləşən yüksəklikləri ələ keçirməyə və orada yeni döyüş mövqelərini qurmağa cəhd göstərib.

10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın imzalandığı vaxtdan bu günədək Ermənistan davamlı olaraq terror təxribat əməlləri törədərək günahsız insanların həyatlarını itirməsinə, münaqişənin yenidən alovlanmasına səbəb olurlar.

Regionda sülhün və təhlükəsizliyin təmin olunması istiqamətində Azərbaycanın‭ ‬işğaldan‭ ‬azad‭ ‬olunmuş‭ ərazilərində‭ bərpa-quruculuq‭ işlərinin‭ ‬davam etdirildiyi‭ bir‭ zamanda‭ Ermənistan tərəfinin sülh yaratma prosesinə ciddi təhlükə yaradan bu kimi əməlləri bizi olduqca narahat edir.

Qanunsuz erməni silahlı qüvvələri tərəfindən törədilmiş‭ növbəti ‬terror‭ ‬aktı‭ ilə‭ ‬Ermənistan‭‭ ‬üçtərəfli‭ razılaşmanı kobud‭ şəkildə‭ ‬pozduğunu,‭ ‬eyni‭ zamanda‭ regionda‭‭ ‬sülhə‭‭ ‬və sabitliyə xələl gətirdiyini, iki dövlət arasında münasibətlərin normallaşmasını istəmədiyini, beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizliyini bir daha nümayiş etdirir.

İnsan hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlara müraciət edərək günahsız insanların həlak olması ilə nəticələnən və regionda sülhün təmininə ciddi təhdid olan Ermənistanın davamlı terror təxribat əməllərini pisləyir, bu kimi cinayətkar əməllərə son qoyulması, beynəlxalq‭ hüquqdan‭ irəli‭ ‬gələn‭ ‬öhdəlikləri yerinə yetirməsi üçün Ermənistana hüquqi təsir tədbirləri göstərməyə dəvət edirik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*