“Onlar İrana təslim oldular” – Netanyahubackend

"Onlar İrana təslim oldular" - Netanyahu

MAQATE İran hakimiyyətinə təslim oldu.

KONKRET.az xəbər verir ki, bu sözləri İsrail Baş naziri Benyamin Netanyahu MAQATE-nin İranın Fordo şəhərindəki nüvə obyektində uranın 83,7%-ə qədər zənginləşdirilməsi ilə bağlı təhqiqatı bağlamaq qərarına münasibət bildirərkən deyib.

“İran Beynəlxalq Atom Enerjisi Agentliyinə (MAQATE) yalan danışmağa davam edir. Agentliyin İranın təzyiqlərinə təslim olması onun reputasiyasına qara ləkədir. MAQATE-nin bu zəif bəhanələr qarşısında təsirsiz davranışı İran hökmdarlarına açıq şəkildə göstərir ki, onlar öz pozuntularına görə heç bir bədəl ödəməli olmayacaqlar və nüvə silahı əldə etmək səylərini davam etdirərək beynəlxalq ictimaiyyəti aldada bilərlər”, – deyə o bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*