SARS-CoV-2 virusunun yayılması fonunda Şimali Koreya digər ölkələrin vətəndaşlarını, o cümlədən diplomatları təxliyə edib.
KONKRET.az xəbər verir ki, bu barədə Associated Press məlumat yayıb. Agentlik bildirir ki, martın 2-də Pxenyan diplomatik nümayəndəliklərin işçiləri üçün aylıq karantini qaldırıb və onların ölkəni tərk etməsinə icazə verib.
Beynəlxalq hava limanında mütəxəssislər sərnişinlərin sağlamlıq vəziyyətini yoxlayıblar. Diplomatlardan bir çoxu tibbi maskalarda olub. Təxliyyə olunanların dəqiq sayı barədə məlumat verilmir.
