Ordumuzun dəfələrlə keçdiyi yolda mina necə partladı?backend

Ordumuzun dəfələrlə keçdiyi yolda mina necə partladı?

Kəlbəcərdə jurnalistlərin şəhid olması “minalar nə vaxt düzülüb” sualını da gündəmə gətirdi. Bölgəni tanıyan hərbi ekspertlərin minaların yeni basdırıldığı fikri məsələni bir qədər də aktuallaşdırır.

KONKRET.az xəbər verir ki, ekspertlərin də əsas versiyası Kəlbəcərin boşaldılması üçün verilən vaxtda ermənilərin əraziləri mümkün olduğu qədər çox minalamasıdır. Lakin jurnalistlərin getdiyi yolun hərbçilər tərəfindən öncədən yoxlanılmadığı ağlabatan deyil.

Mümkündür ki, nəzərdən qaçsın, hərçənd, həmin yoldan öncədən istifadə edildiyi də şübhələrə yol açır və bu başqa versiyanı önə çıxarır: Qarabağda qalan erməni silahlılar minanı yeni basdıra bilər.

30 illik işğal dövründə ermənilərin ərazini yaxşı öyrəndiyi, gənc azərbaycanlı hərbçilərin böyük hissəsinin bölgə ilə yeni tanış olduğu detalı da unudulmamalıdır./axar.az

  • Garachanta
    İyun 5, 2021 - 11:32

    Millət, fərqi var mina nə vaxt basırılıb..?.Fakt Ortadadır!! Rus gaviurları bu cür hadisələrdə maraqlıdır….o gavurlar da bunu edə bilər…Kəlbəcər, Laçın və Şuşa gaviurların əsas strateji məqdsədidir…Rus gavurları strateji nöqtələrdə ya xaos yaradır ya da tam nəzarətə götürür….Sual budur- biz nəyi gözləyirik???????????

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*