Ordumuzun raket və artilleriya bölmələrinin məşğələlərindən görüntülər – VİDEObackend

Ordumuzun raket və artilleriya bölmələrinin məşğələlərindən görüntülər - VİDEO

2022-ci ilin döyüş hazırlığı planına uyğun olaraq, Azərbaycan Ordusunun Raket və artilleriya bölmələri ilə yeni tədris dövrünün məşğələləri keçirilir.

Müdafiə Nazirliyindən KONKRET.az-a verilən məlumata görə, daimi dislokasiya məntəqələrini həyəcan siqnalı ilə tərk edən raket və artilleriya bölmələri təyin edilmiş marşrutlarla hərəkət edərək atəş mövqelərini tutublar.

Keçirilən məşğələlərdə əsas diqqət Vətən müharibəsində əldə edilmiş döyüş təcrübəsi nəzərə alınmaqla, komandir heyətinin çevik qərar qəbuletmə bacarıqlarının təkmilləşdirilməsinə, eləcə də digər qoşun növləri ilə qarşılıqlı əlaqədə atəşi idarəetmə suallarının məşq etdirilməsi və hərbi qulluqçuların praktiki vərdişlərinin inkişaf etdirilməsinə yönəldilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*