Osetin separatçıları Moskvada BİABIR OLDULARbackend

Osetin separatçıları Moskvada BİABIR OLDULAR

Osetin separatçıları Moskvada özlərini biabır ediblər.

KONKRET.az “Exo Kavkaza”ya istinadla xəbər verir ki, qondarma “Cənubi Osetiya Respublikası”nın “Müdafiə Nazirliyi”nin komandasının ikinci heyəti “Tank biatlonu” fərdi yarışından kənarlaşdırılıb. Səbəb tankların nasaz olması olub.

Cənubi Osetiya “nazirliyinin” mətbuat xidmətinin məlumatına görə, yarışın əvvəlində ekipajın döyüş maşını xarab olub və digəri ilə əvəzlənib. Bir müddət sonra ikinci tank da xarab olub.

Nəticədə Cənubi Osetiya tankerləri yarışdan kənarlaşdırılıb. Eyni zamanda, sonradan məlum olub ki, komandanın heyəti avqustun 19-da keçiriləcək turnirdə mübarizə apara biləcək.

Bundan əvvəl Cənubi Osetiya komandasının ilk heyəti fərdi yarışda qalib gəlmişdi. Növbəti yarış avqustun 21-də baş tutacaq.

Moskva vilayətindəki Alabino poliqonunda Rusiya Ordusu Beynəlxalq Oyunlarının “Tank biatlonu” keçirilir. İştirakçılar arasında Rusiya, Azərbaycan, Ermənistan, Belarus, Çin, Laos, Zimbabve və digər ölkələr var.

Qeyd edək ki, “Tank biatlonu”nun Rusiyadan olan bir neçə keçmiş çempionu Ukraynadakı müharibə zamanı həlak olub.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*