“Oskar” mükafatçısı 101 yaşında VƏFAT ETDİ – FOTObackend

“Oskar” mükafatçısı 101 yaşında VƏFAT ETDİ - FOTO

“Oskar” mükafatlı prodüser Valter Miriş 101 yaşında vəfat edib.

KONKRET.az xəbər verir ki, bu barədə Amerika Kino Sənəti Akademiyası məlumat yayıb.

Bildirilib ki, o, fevralın 24-də Los-Ancelesdə vəfat edib.

“Valter prodüser kimi əsl uzaqgörən lider idi. Onun kino ictimaiyyətinə və akademiyaya güclü təsiri var idi”, – nekroloqda deyilir.

Qeyd edək ki, 1957-ci ildə Valter Miriş Harold və Marvin qardaşları ilə birlikdə “Mirisch” korporasiyasını yaradıb. 1973-1977-ci illərdə o, Amerika Kino Akademiyasına rəhbərlik edib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*