Ötən ay kibertəhlükəsizliklə bağlı 343 müraciət edilibbackend

Ötən ay kibertəhlükəsizliklə bağlı 343 müraciət edilib

2021-ci ilin iyul ayında Azərbaycanda kibertəhlükəsizliklə bağlı 343 müraciət edilib.

KONKRET.az xəbər verir ki, bu barədə Xüsusi Dövlət Mühafizə Xidmətinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin (CERT) hesabatında qeyd olunub.

Hesabatda bildirilir ki, iyul ayı ərzində mərkəzə daxil olan sorğulardan 95 faizinə (326 müraciət) baxılıb və təmin edilib.

Məlumata görə, ötən ay Azərbaycan internet məkanında dövlət qurumlarına aid 11 domen və 11 subdomen qeydiyyatdan keçib. Mərkəz tərəfindən informasiya təhlükəsizliyi üzrə audit keçirilərək, müvafiq dövlət qurumlarına 7 hesabat təqdim edilib.

Qeyd edək ki, 2020-ci il ərzində kibertəhlükəsizliklə bağlı müraciətlərin ümumi sayı 4 989 olub. Dövr ərzində ümumi sorğuların 97 faizi baxılaraq təmin edilib, müvafiq dövlət qurumlarına 244 hesabat təqdim edilib. Ötən il Azərbaycanın internet seqmentində 50 domen və 155 subdomen qeydiyyata alınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*