Ötən sutka 6 nəfər xilas edilib – VİDEObackend

Ötən sutka 6 nəfər xilas edilib - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 81 yanğına çıxış və 6 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

KONKRET.az xəbər verir ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 2-si azyaşlı olmaqla 6 nəfər, o cümlədən “Şüvəlan” sularda xilasetmə məntəqəsi ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas olunub.

Həmçinin Bakı şəhərinin Yasamal rayonunda 1974-cü il təvəllüdlü Əliyeva Səbinə Hüseyn qızının meyiti bağlı qapı arxasında aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*