Övladı ilə  görüşə bilmədiyi üçün keçmiş həyat yoldaşını bıçaqladıbackend

Övladı ilə görüşə bilmədiyi üçün keçmiş həyat yoldaşını bıçaqladı

Gədəbəy sakini keçmiş həyat yoldaşını bıçaqlayıb.

KONKRET.azn Gəncə – Qazax bürosunun verdiyi məlumata əsasən hadisə rayonun Dəyirmandağ kəndində baş verib.

Rasim Məsimov həyat yoldaşı Məsimova Zülfiyyə Faiq qızını bıçaqlayıb. Qadın qonşuların köməkliyi ilə Gədəbəy rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və əməliyyat olunub.

İlkin məlumata görə qadın ayrılan ərinə övladı ilə görüşməyə icazə vermirmiş. Mübahisə də məhz bu səbəbdən baş verib. Keçirilən əməliyyatla Rasim Məsimov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*