Özbəkistan koronavirusa qarşı süd İSTEHSAL ETDİbackend

Özbəkistan koronavirusa qarşı süd İSTEHSAL ETDİ

Özbəkistanın Qaraqalpaqıstan Muxtar Respublikasının paytaxtı Nukusda koronavirusa qarşı süd istehsalına başlanılıb.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Özbəkistanın Ali Təhsil, Elm və İnnovasiyalar Nazirliyi məlumat yayıb.

“Nukusda fəaliyyət göstərən “Panaev Farms” immun süd və süd məhsullarının istehsalına başlayıb. “SARS-CoV-2″ni zərərsizləşdirmək xüsusiyyətinə malik süd məhsulları satışa çıxarılıb”, – deyə nazirlik bildirib.

Qeyd olunub ki, 2021-ci ildə Özbəkistanın İnnovativ İnkişaf Agentliyi və Vyana Tibb Universiteti tərəfindən koronavirusa qarşı immun südün əldə edilməsi üzrə işlərə başlanılıb.

Nəticədə “Panaev Farms”ın damazlıq heyvanları “ZF-UZ-VAC2001” ilə peyvənd edilib.

Məlumata görə, ikinci dozadan iki həftə sonra peyvənd edilmiş inək və keçilərin zərdabında neytrallaşdırıcı anticisimlər əmələ gəlib.

2022-ci ilin oktyabrında pasterizə edilmiş südün sınaq istehsalına başlanılıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*