Milli Məclis Azərbaycan və Özbəkistan vətəndaşlarının vizasız gediş-gəlişi haqqında sazişə dəyişiklikləri ratifikasiya edib.
KONKRET.az xəbər verir ki, “Azərbaycan və Özbəkistan vətəndaşlarının vizasız gediş-gəlişi haqqında 1997-ci il 18 iyun tarixli Sazişə əlavə və dəyişikliklərin edilməsi haqqında Protokol”un təsdiq edilməsi haqqında qanun layihəsi parlamentin plenar iclasının müzakirəsinə çıxarılıb.
Müzakirələrdən sonra parlament dəyişiklikləri ratifikasiya edib.
