“Özün niyə ölmək istəmirsən?” – Çeçenistanda Kadırova qarşı qəzəb və tənqidlər ARTIR – VİDEObackend

"Özün niyə ölmək istəmirsən?" - Çeçenistanda Kadırova qarşı qəzəb tənqidlər ARTIR - VİDEO

Çeçenistanda Kadırova qarşı qəzəb və tənqidlər artır.

KONKRET.az xəbər verir ki, Çeçenistan müsəlmanlarının müftisi və ruhani lideri Salah-hacı Mejiyev səfərbərliyə sərt reaksiya verib.

“İnsanları cənnətə dəvət edirsən, amma özün ora getmirsən. Ölmək istəmirsən. Sən isti yerdə yatmaq, ləzzətli yeməklər yemək və yağlı söhbətlər etmək istəyirsən”, – deyə Salah Mejiyev Ramzan Kadırova etirazını bildirib.

Qeyd edək ki, Çeçenistan rəhbəri Rusiya Prezidentinin elan etdiyi qismən səfərbərliyi dəstəkləyib.

Kadırov səfərbərlik əleyhdarlarını xalq düşmənləri adlandırıb və bu gün Qroznıda səfərbərliyə qarşı mitinqə çıxan qadınların ərlərinin Ukraynaya göndərilməsini təklif edib.

Xatırladaq ki, Çeçenistan müsəlmanlarının müftisi və ruhani lideri vaxtilə Ramzan Kadırovun atası Axmat Kadırov idi.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*